Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pulu MilliÖn-lə göndərib, bankomatdan almaq imkanı!
Kapital Bank-ın Xəzri təcili pul köçürmə sistemi ilə ölkə daxilində 1000 AZN-dək pul köçürmə əməliyyatlarının MilliÖn ödəniş terminallarında aparılması mümkündür. Müştərilər ölkə daxili göndərilən pul vəsaitini günün istənilən saatında 600-dən artıq Kapital Bank bankomatlarından və ya sistemin çoxsaylı tərəfdaş bankının filiallarından komissiyasız nağdlaşdıra bilərlər.

Köçürmələrə görə 0,8% (min. 1 AZN) komissiya haqqı tutulur. Cəmi 2 dəqiqə ərzində MilliÖn ödəniş terminallarının “pul köçürmələri” bölməsinə daxil olub əməliyyatı tamamlamaq olar. Bunun üçün göndərən şəxsin öz şəxsiyyət vəsiqəsinin nömrəsini bilməsi zəruridir.

Həmçinin ölkə daxilində 1000 manatadək pul köçürmə əməliyyatını www.xazri.az saytı vasitəsilə etmək mümkündür. Saytda göndərilən və alınan köçürmələrin statusu barədə də məlumat əldə etmək olar.

Qeyd edək ki, Xəzri hazırda Azərbaycan bazarının ən böyük pul köçürmə sistemidir. Sistem Azərbaycanda Kapital Bank, Atabank, Expressbank, AFB Bank, Nikoil Bank, Günay Bank və NBC Bank üzrə ümumilikdə 200-dən artıq filialı və şöbələrdə müştərilərin xidmətindədir. 2018-ci il üzrə sistem vasitəsilə 400 000-ə yaxın, ümumi məbləği 200 mln. manatadək köçürmə əməliyyatı aparılıb.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› “600 min pul alıb, bunun oynamağına bax”
Son xəbərlər
Bütün xəbərlər »