Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis kenqurunu axtarışa verib

Danimarkada evdə kenquru da saxlayırlarmış. Oster Lindetdə polis kenqurunun evdən qaçması barədə məlumat yayıb. Heyvanı axtarışa veriblər.

Bizimyol.info Danimarkanın “Sveriges Radio”suna istinadən xəbər verir ki, polis “Twitter”də bununla bağlı insanlara müraciət edib. Müraciətdə kenquru görənlərin məlumat verməsi xahiş olunub. Bir neçə saat sonra yerli sakinlərdən biri küçədə kenquru gördüyünü bildirib. Oster Lindet polisinin əməkdaşı Henrik Sonderskov radioya açıqlamasında böyük ehtimalla axtardıqlarının həmin kenquru olduğunu söyləyib.

Qərb ölkələrində polisin itən ev heyvanlarını axtarması haqda az eşitməmişik. Bir müddət əvvəl Nyu Yorkda ABŞ polisi evdən qaçan iti axtarırdı. Sonra onu da tapmaq mümkün olmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »