Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada erməni təxribatının qarşısı alındı

Bizimyol.info-un məlumatına görə, "Ölkə.Az"-a bu barədə Almaniyanın Maynz şəhərində bələdiyyə yanında fəaliyyət göstərən Xaricilər Məclisinin üzvü Sarvan Rizvanov məlumat verib.

"Almaniyada fəaliyyət göstərən Ermənistan səfirliyinin çətiri altında özünü "Qarabağ Respublikası"nın daimi nümayəndəsi elan etmiş Harutyun Qriqoryan 16.02.2019-cı il tarixində saat 19:30-da Maynz şəhərində (bu şəhərdə yerləşən erməni dərnəyinin əli ilə) yerləşən evangelişlərin kilsəsində tanınmayan ölkə ilə bağlı siyasi tədbir planlaşdırmışdı.

Kilsənin rəhbəri cənab Maskus ilə üç gün əvvəl görüşüb ətraflı müzakirə apardıq. Almaniya parlamentinin və Kanslerinin dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını kilsə rəhbərliyinin diqqətinə çatdırdım. Eyni zamanda, Almaniya qanunlarına zidd olaraq kilsənin siyasi bir tədbirə ev sahibliyi etməsinin yolverilməz olduğunu bildirdim və bu problemin hüquq müstəvisinə çıxacağına işarə vurdum.

Bu gün kilsənin rəhbəri məni görüşə dəvət etdi. Bildirdi ki, sizin təklifinizi və müzakirəmizdə səslənən fikirləri üstün tutub ermənilərin tədbirini ləğv etdik. Xaricdə yaşayan hər bir soydaşımızdan bir xahişim var, erməni fəallığına qarşı bizim mübarizə aparmağımız çox önəmlidir".

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Oğluma polis bölməsində ağır işgəncələr verilir” - DİN-dən ittihama cavab
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
››› “NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Aclıqdan qız övladlarını satırlar
Son xəbərlər
Bütün xəbərlər »