Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə azərbaycanlı qardaşların dramı

12 il öncə anası ilə Türkiyənin Bursa şəhərinə köçən 21 yaşlı Sabir Bağırov və 19 yaşlı Zaminkar Bağırov vətəndaşlıq pasportu ala bilmirlər.

Bizimyol.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, qardaş bu müddət ərzində şəxsiyyət vəsiqəsi ala bilmədiklərinə görə Türkiyə vətəndaşı da ola bilməyiblər.

Bundan başqa, vəsiqələri ola bilmədikləri üçün Azərbaycana da gələ bilmirlər. Qardaşlar hazırda Türkiyədə səhiyyə və təhsil xidmətindən yararlana, sığortalı işdə çalışa bilmirlər. Sözün əsl mənasında vətənsiz qalan qardaşlar rəsmi qurumlara səslənərək yardım istəyiblər:

“Bizi müxtəlif qurumlara göndərirlər, amma heç biri bizim problemimizi həll etmir. Biz Türkiyə Cümhuriyyəti vətəndaşı olmaq və burada hərbi xidmətə getmək istəyirik. Hazırda istifadə edə bilməyimizi bütün hüquqlardan yararlanmaq arzusundayıq”, - deyə Sabir Bağırov bildirib.

O, sözlərinə əlavə edib ki, rəsmi sənədləri olmadığı üçün sevgilisi ilə ailə də qura bilmir.

Qeyd edək ki, Sabir və Zaminkarın anası 12 il öncə Türkiyə vətəndaşı ilə ailə quraraq oraya köçüb. Həmin vaxt uşaqları 9 və 7 yaşlarında olub və doğum haqqında şəhadətnamə ilə oraya aparıb. 5 il öncə qardaşlarla ögey ataları arasında mübahisə düşdüyü üçün onlar evi tərk ediblər.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »