Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ayda yaşamaq üçün baza tikiləcək

NASA yenidən insanaları Aya göndərməyi planlayır.

Lakin bu dəfə planların uzunmüddətli olacağı bildirilir. Bundan əlavə Aya yalnızca kosmonavtlar deyil, sıradan insanlar da səyahət edə biləcəklər.

Kosmik agentliyin direktoru, eləcə də ABŞ Konqresinin respublikaçı üzvü Jim Bridenstine bu məsələ ilə bağlı birbaşa Donald Trampdan təlimat aldıqlarını deyib.

O, insanların Aya gedə bilməsi və orada uzun müddət yaşaması üçün lazım olan sistemlərin ərsəyə gətirilməsində Amerika şirkətlərindən dəstək gözlədiyini də vurğulayıb. Bridenstine Ayın səthində baza quracaqlarını və artıq bunun üçün müəyyən işlərin görüldüyünü də deyib.

Daha sonra o, Aya gedib, orada insanların yaşaması haqqında ətraflı danışıb:

"Artıq planlarımız 50 il əvvəl etdiyimiz kimi, Aya gedib, qısamüddətli orada qalaraq, geri gönmək deyil. Bu dəfə daha əlverişli, daha möhtəşəm texnologiyalar ilə Ayın səthini araşdırıb, orada qalmağı, yaşamağı planlaşdırırıq. Bir sözlə, Aya getdiyimizdə orada qalacağıq. Biz orada uzunmüddətli qala bilməyi təşkil etdikdən sonra insanların da Aya səyahət etməsinə imkan yaradacağıq. Bir yandan da bunun ölkəmizin turizm sahəsində uğurlarına təkan olacağını düşünürəm. İnsanların oraya təhlükəsiz şəkildə getməsi və geri qayıtması üçün lazım olan çalışmalara başlamışıq".

Agentliyin direktoru bu planın önümüzdəki 10 il içərisində baş tutacağını da söyləyib. (Musavat.com)

Paylaş »
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Putin Qarabağ haqqında danışdı
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› “Instagram”da boşluq tapdı, böyük mükafat qazandı - Foto
Son xəbərlər
Bütün xəbərlər »