Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almanların həyat tərzini göstərən 7 foto - mikrorayon, kirayə evlər, illik 2 faizlə ipoteka...

Almanlar necə və harada yaşamağa üstünlük verir: hündürmərtəbəli binalarda, bərpa edilmiş köhnə evlərdə, ya da bəlkə “icma evləri” adlandırılan yaşayış yerlərində? Gəlin, almanların yaşayışı ilə tanış olaq.

Kirayə yaşamağa üstünlük verirlər

Kirayə yaşamağa üstünlük verirlər

Bizimyol.info xəbər verir , Avropa İttifaqının üzvü olan ölkələrin hər on sakinindən yeddisi şəxsi mülk və ya mənzildə yaşayır. Amma Almaniyada durum fərqlidir. Ölkə sakinlərinin yarıdan çoxu ev kirayələyib yaşamağa üstünlük verir. Azmənzilli ev-binalar daha populyardır. Son illərdə Almaniyada belə binalar daha çox tikilir.

Müasir memarlıq

Müasir memarlıq

Əlbəttə, Almaniyada çoxmənzilli binalar da tikilir. Ancaq bu binalar adətən öyrəşdiyimiz standart, “qutular”dan olmur. Müasir dövrdə tikilən çoxmərtəbəli binalar maraqlı, memarlıq baxımından orijinal olur. Məsələn, Düsseldorf şəhərindəki “Der Neue Zollhoff” kompleksi kimi...

İcma evləri

İcma evləri

Almaniyada evlər kiçik istisnalarla, özəl mülkiyyətdədir. Böyük şəhərlərin mərkəzi rayonlarında yaxşı evlərin kirayə qiyməti də ucuz olmur. Ona görə də məsələn, tələbələr “könüllü icmalar” adlanan yaşayış yerlərində qalmağa üstünlük verirlər. Bu cür yaşayış icmalarının ən böyük üstünlüyü odur ki, evin kirayə pulunu bir neçə nəfər arasında bölüşdürmək mümkündür. Bir qayda olaraq, icma evlərində mətbəx və vanna otağı növbəlilik əsasında yığışdırılır.

Sovet İttifaqının mikrorayonları Almaniyada...

Sovet İttifaqının mikrorayonları Almaniyada

İkinci Dünya Müharibəsindən sonra Almaniya federativ və demokratik respublikalar olmaqla iki yerə bölünmüş, 1990-cı ildə isə onlar yenidən birləşmişdilər. Sovet İttifaqında olduğu kimi, keçmiş Almaniya Demokratik Respublikasında da insanların yaşayış yeri ilə təminat problemini mikrorayonlar yaradıb, orada bir neçə bloklu, panel hündürmərtəbəli binalar tikməklə həll etməyə çalışıblar. Bununla belə, bir çoxları hələ XIX əsrdə tikilmiş evlərdə yaşamaqda davam edirdilər. Ən yaxşı halda isə o evləri kosmetik təmir edirdilər. Həmin evlər Almaniyanın birləşməsindən sonra yenidən bərpa edildi.

Kəndlər...

Kəndlər

Əlbəttə, almanlar təkcə böyük şəhərlərdə yaşamırlar. Amma məsələ ondadır ki, Almaniyada kəns yerlərində yaşayışın keyfiyyəti demək olar, şəhərdəki mənzillərdən fərqlənmir. Evlər çox rahatdır, bütün şəraiti, o cümlədən daimi isti suyu da var. Kənddə yollar da əla səviyyədədir. Sadəcə, kəndlərdə şəhərlə müqayisədə əyləncə azdır.

Daxili həyətlər

Daxili həyətlər

Qayıdaq alman şəhərlərinə. Xüsusən paytaxt Berlindəki köhnə binalar həm də daxili həyətlərilə məşhurdur. Vaxtilə o həyətlərdə kiçik təmir obyektləri yerləşirdi. Bu gün isə o həyətlərdə uşaqlar oynayır, bina sakinlərinin körpələrinin arabaları, velosipedlər saxlanılır...

İllik 2 faizlə ipoteka

İllik 2 faizlə ipoteka

Almaniyada orta təbəqədən olanlar daha çox böyük şəhərlərin kənarında yerləşən, bir ailə üçün nəzərdə tutulan həyət evlərində yaşayırlar. Onların qiyməti ucuz deyil – 300-500 min avro. Amma Almaniyada ev üçün ipoteka faizləri çox açağıdır – illik 2 faiz.

Bu cür evi almaq yox, kirayə götürmək istəyirsinizsə, şəhərdəki kirayə mənzillə müqayisədə daha çox pul ödəməli olacaqsız.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »