Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı: 300 pasport və silahlarla - Fotolar

Soyğun faktını araşdıran Ukraynanın Odessa üzrə Milli Polis Baş İdarəsinin əməkdaşları etnik mütəşəkkil cinayətkar dəstənin üç üzvünü ələ keçirib.

Ələ keçirilən şəxslər azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun adamları olub.

Məlumata görə, biznesmen Nikolay D.-yə qarşı soyğun ötən ilin dekabrın 13-də baş verib. Latviya nömrəli “Mersedes” avtomobilində biznesmenə yaxınlaşan 4 cinayətkar odlu silahdan ona atəş açıblar və 700 min qriven, həmçinin 23 min dollar ələ keçirərək gizləniblər.

Zərərçəkən isə budundan aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Axtarış zamanı dəstənin üç üzvü yaxalanıb. Onlara aid xeyli silah, həmçinin İsrail, Türkiyə, Özbəkistan, ABŞ, Rusiya və Moldovanın 300-dən çox pasportu ələ keçirilib.

Qeyd edilir ki, Lotu Qulinin klanı Ukrayna kriminal “bazar”ında nəzarəti ələ keçirməyə çalışır.

Bununla yanaşı, zərərçəkən özü də daha əvvəl hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub. O, saxta pul vəsaitlərinin hazırlanması, saxlanılması və alqı-satqısında ittiham edilir. Hazırda onun cinayət işinə Odessa məhkəməsində baxılır. Axtarış zamanı ondan xeyli sayda saxta dollarlar götürülüb. (Qafqazinfo.az)

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »