Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NASA kosmosa yeni missiya göndərir: Kainatın yaranma səbəblərini öyrənəcək

NASA dünyada ən çox pul xərcləyən assosiasiyalardan biri, bəlkə də, birincisidir. ABŞ-ın kosmik proqramları həyata keçirən dövlət agentliyi təkcə Günəş sistemini, başqa qalaktikaları öyrənmir. NASA-nı kainatın keçmişi də qayğılandırır.

Bizimyol.info agentliyin rəsmi saytına istinadən xəbər verir ki, NASA 2023-ci ildən həm də geriyə boylanacaq. Dövlət agentliyi 2016-cı ildən bu missiya üçün müraciətləri qəbul etməyə başlayıb. Missiya SPHEREx adlanır və kainatın dərin keçmişini araşdırmağa hesablanıb.

SPHEREx 300 milyondan çox qalaktikanı araşdıracaq. "Süd yolu" da kənarda qalmayacaq. Hər altı aydan bir missiyanın teleskopu göyün tam bir görünüşünü təmin edəcək, işin sonunda 96 rəngli zolaqda təsvir alınacaq.

SPHEREx-in üç əsas hədəfi var. Birincisi, kainatın genişlənməsi fizikasını müəyyənləşdirmək. İkincisi, işıq tarixinin öyrənilməsi. Üçüncüsü, "Süd yolu" qalaktikasında həyatın yaranması zəminini araşdırmaq.

Missiyaya ümumilikdə 242 milyon dollar xərclənəcək. Hələ bura yola düşmə xərcləri daxil edilməyib.

Son xəbərlər
Bütün xəbərlər »