Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə şahzadəsi “Mançester Yunayted”i almağa hazırlaşır - Qiymət təklif etdi

Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman İngiltərənin məşhur “Mançester Yunayted” futbol klubunu almaq istəyir. Bu barədə Britaniyanın “The Sun” qəzeti məlumat yayıb. Şahzadə “Mançester Yunayted”ə görə 4.8 milyard dollar ödəməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, klubun hazırkı sahibləri – Qleyzerlər ailəsi onu satmaq variantı üzərində düşünmür. Amma ərəb şahzadəsinin təklifi maliyyə müstəvisində kifayət qədər cəlbedicidir.

Şahzadənin mənsub olduğu ailənin var-dövlətinin trilyon dolları keçdiyi bildirilir.

"Mançester Yunayted" futbol klubu

Salman ümid edir ki, klubun satın alınmasıyla bağlı razılaşma yeni futbol mövsümünə qədər baş tuta bilər. Razılaşmanın əsas şərtlərindən biri komandanın Çempionlar Liqasına vəsiqə qazanması olacaq.

Yanvar ayında “Deloitte” audit şirkəti 2017/2018 futbol mövsümü üzrə Avropanın ən gəlirli klublarının reytinqində “Mançester Yunayted”i üçüncü sıraya layiq görüb. Hesabat dövründə “qırmızı şeytanlar”ın qazancı 666 milyon dollar olub. Bu sıralamada ilk iki yerdə isə İspaniyanın “Real” və “Barselona” klublarıdır.

Son xəbərlər
Bütün xəbərlər »