Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Banklara qoyulan depozit əmanətlərin sığortalanması müddəti artırılır

Azərbaycanda əhalinin banklara depozit qoymasını stimullaşdırmaq üçün bütün qorunan əmanətlərin sığortalanması müddəti artırılır.

Bizimyol.info Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişikliklər edilib.

Bu dəyişikliklərə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 il müddətində tam sığortalanacaq. Mövcud qanunda isə bu müddət 3 ildir.

2016-cı il 4 mart tarixindən qüvvədə olan "Əmanətlərin sığortalanması haqqında" qanunun müddəti 2019-cu ilin martın 4-də bitir. Qanunun qüvvədə olma müddətinin bir il uzadılması bank sektorunun dəstəklənməsinə, bu sahədə dövlətin üzərinə ciddi öhdəliklər götürməsinə, nəticədə isə əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək.

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Atatürkə qarşı böyük hörmətsizlik
Son xəbərlər
Bütün xəbərlər »