Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev Rusiyadakı azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü - Video

“Sosial şəbəkələrdə təxribat xarakterli saxta xəbərlər yayılır”.

Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada bir qrup çeçen və azərbaycanlı arasında baş vermiş insidentlə bağlı Real TV-yə danışıb.

Səfir məsələ ilə bağlı Moskva Şəhər Baş Polis İdarəsində olub və polis rəisi ilə görüşüb. O, məsələnin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən nəzarətə götürüldüyünü də açıqlayıb.

Polad Bülbüloğlu deyib ki, sosial şəbəkələrdə təxribat xarakterli saxta xəbərlər yayılır. O, ölkə əhalisini o cür xəbərlərə inanmamağa çağırıb.

Son xəbərlər
Bütün xəbərlər »