Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşdən çıxarıldığına görə zavod rəhbərliyini və işçiləri güllələdi - Video

Amerikada İllinoys ştatında işdən çıxarılan 45 yaşlı Heri Martin iş yoldaşlarını güllələyib. Nəticədə 5 nəfər ölüb, daha altı nəfər yaralanıb. Hadisə yerinə gələn polislər onun özünü də güllələyərək öldürüb.

Bizimyol.info xəbər verir ki, hadisə Avrora şəhərində anbarda baş verib. Heri Martin 15 ildir ki, su boruları üçün qapaq istehsal edən şirkətdə işləyirmiş. O, fevralın 15-də işdən çıxarılıb.

Şəhərin polis rəisi  Kristen Ziman deyib ki, silahın əvvəlcədən Martinin üzərində olduğu, yoxsa onun qısa müddətdə hardansa tapıb götürdüyü hələlik məlum deyil.

Hadisənin şahidləri deyib ki, onun əlində lazer nişangahlı silah vardı, onun işığını kənardan görmək olurdu. Şirkət əməkdaşlarının sözlərinə görə, hadisədən əvvəl Martin iclas otağına çağrılıb və işdən çıxarılması barədə məlumat verilib. Buna cavab olaraq, o, şirkətin rəhbər şəxslərinə atəş açıb. Onları güllələyəndən sonra isə sıravi işçilərə keçib.

Olay vaxtı zavodda təxminən 30 nəfər adam olub. Hadisə yerinə qısa müddətdə polislər gəlib. Martin onlara tərəf də atəş açmağa başlayıb. Altı nəfər yaralının 5-i polislərdir.

Heri Martinin kriminal keçmişi varmış. O, 1995-ci ildə Missisipidə basqına görə məhkum edilib.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »