Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Albaniyada etirazçılar baş nazirin iqamətgahına hücum etdi

Albaniyada da hökumət əleyhinə etirazlar başlayıb. Fevralın 16-da paytaxt Tiranada minlərlə müxalifət tərəfdarı küçələrə çıxıb.

Bizimyol.info “Associated Press” agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları baş nazir Edi Ramanın istefasını tələb edərək, onun iqamətgahına hücum etməyə, hökumət binasını ələ keçirməyə cəhd göstəriblər. Nəticədə polislərlə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb.

Bildirilir ki, müxalifət Nazirlər Kabinetinin korrupsiyalaşmasına və effektiv fəaliyyət göstərməməsinə etiraz olaraq, mitinq təyin edib. Demokrat partiyasının rəhbərliyi altında aksiyaya çıxan müxalifət tərəfdarları baş nazirin iqamətgahına daxil olmaq istərkən polislər gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməklə onların qarşısını alıb.

Toqquşma nəticəsində xəsarət alanlar olub. Hadisə yerinə gələn təcili tibbi yardım onları xəstəxanaya çatdırıb.

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Aclıqdan qız övladlarını satırlar
››› “Oğluma polis bölməsində ağır işgəncələr verilir” - DİN-dən ittihama cavab
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
››› “NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
Son xəbərlər
Bütün xəbərlər »