Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzərdə fəhlə öldü, cinayət işi açıldı - Qurumdan rəsmi açıqlama

Xəzərdə gəmidən dənizə düşən fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb.

Fevralın 15-də MPK-460” gəmisi “28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçısı Hüseynov Ağazaman Əlqardaş oğlu gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb.

SOCAR-dan “Trend”ə verilən məlumata görə, suya atılan xilasetmə dairələrini tuta bilməyən A.Hüseynov “Nefteqaz-62” gəmisindən suya endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb. Gəmidə olan heyət tərəfindən A.Hüseynova ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, onun öldüyü məlum olub.

Faktla bağlı Pirallahı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Son xəbərlər
Bütün xəbərlər »