Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Müsəlman olduğumuza görə qəbul etmirlər”

Türkiyə Avropa İttifaqının üzvü olmaq üçün 2005-ci ildən bu istiqamətdə danışıqlar aparır. Birliyin üzvü olmaq üçün Avropa Komissiyası ilə danışıqlar uğurla başa çatmalı, Avropa İttifaqının üzvü olan ölkələr yekdil şəkildə buna razılıq verməlidilər.

Bizimyol.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “A Haber”də sualları cavablandırarkən ölkəsinin Avropa İttifaqına üzvlüyü məsələsinə toxunub. Deyib ki, danışıqların bu qədər uzun sürməsinin bir səbəbi var. Ərdoğanın fikrincə, Avropa Birliyi Türkiyəni məhz o səbəbdən öz tərkibinə qəbul etmir.

“Türkiyənin Avropa İttifaqına qəbul edilməməsinin yeganə səbəbi bizim müsəlman dövləti olmağımızdır. Gərək onlar da bunu birbaşa desinlər”, - deyə Türkiyə prezidenti bildirib.

Təxminən bir il öncə Ərdoğan bu barədə danışarkən bidirmişdi ki, Türkiyə xalqı Avropa Birliyi ilə danışıqlardan artıq yorulub və daim bu birliyə üzvlük üçün yalvarmaq niyyətində deyil. Bundan əlavə, Türkiyə prezidenti hesab edir ki, ölkəsi Avropa İttifaqının üzvü olmasa, heç nə itirməyəcək.

Bir sıra Avropa strukturları isə hesab edir ki, Türkiyə insan haqları və demokratiyanın vəziyyətinə görə hələlik bu birliyin üzvü olmağa hazır deyil.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »