Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
88 yaşlı manyak - O, Amerika katoliklərinin lideri idi
Dini rütbəsi əlindən alınan ən yüksək rütbəli şəxs də odur

ABŞ katolik kilsəsi beynəlxalq səviyyədə ciddi sarsıntı keçirib. Vatikan Vaşinqtonun sabiq arxiyepiskopu Teodor MakKarriki dini rütbədən məhrum edib. O, mütəmadi şəkildə rahibə və dindar xanımlara qarşı münasibətdə seksual sui-istifadə hallarına yol verməkdə ittiham olunur. Onun qurbanları arasında yetkinlik yaşına çatmayanlar da var.

Roma papası Frensis faktı təsdiq edib. Qeyd olunur ki, Teodor Makkarrik İntizam Şurası tərəfindən tutduğu mövqedən şər işlərdə yararlanmaqda günahkar bilinib. O, son onilliklərdə katolik kilsəsi tərəfindən seksual sui-istifadəyə görə dini rütbəsi əlindən alınan ən yüksək vəzifəli şəxsdir.

MakKarrikin 88 yaşı var. ABŞ-da Katolik Kilsəsinin aparıcı fiquru sayılırdı. O, 1958-ci ildə keşiş kimi fəaliyyətə başlayıb. 2001-dən 2006-cı ilə qədər Vaşinqtonun arxiyepiskopu kimi xidmətdə olub. 2001-ci ildə kardinal rütbəsi alıb, çoxsaylı seksual sui-istifadə ittihamlarından dolayı 2018-ci ildə istefaya verməyə məcbur edilib.

Qərb mətbuatı yazır ki, onun haqqında ilk ittihamlar 30-40 il əvvəl səslənib, ancaq bu məsələ sadəcə ötən il rəsmi şəkildə gündəmə gəlib.

Roma papası Frensis son illər Katolik Kilsəsində baş verən bu kimi hallara qarşı barışmaz mövqe sərgiləyir. Xüsusən, uşaqlara qarşı yönələn bu kimi çirkin əməllər Roma Papası tərəfindən şiddətlə qınanılır. (musavat.com)

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »