Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbs olunan dünya çempionunun anasından şok açıqlama

Dünəndən etibarən əksər elektron media resurslarında Azərbaycanın kikboks üzrə dörd qat dünya çempionu Anar Süleymanovun həbs olunması ilə bağlı xəbər yayılıb. A.Süleymanov cəmi iki ay müddətində nikahda olduğu həyat yoldaşını döyməkdə ittiham olunur. Qeyd edək ki, Anar Süleymanovun həyat yoldaşı da kikboks üzrə dünya çempionudur və həbs edilən çempionun tələbəsi olub.

A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub. A.Süleymanov Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi olub.

Hazırda həbsdə olan çempionun anası Ziyafət Süleymanova Azinforum.az-a açıqlamasında oğlu barəsində yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib. O, oğlu haqda məlumatların bəzi KİV-lərdə təhrif edildiyindən təəssüfləndiyini bildirib:

"Anarın həyat yoldaşı ilə heç bir şəxsi qərəzi olmayıb. Əgər belə qərəz olsaydı, onda biz niyə xərc çəkib ona bahalı toy edirdik? Elə toy günün birinci axşamı biz Anarla həyat yoldaşı arasında ciddi mübahisənin yarandığını eşitdik. Səs-küyə mən çölə çıxdım. Onların həmin gün nə ilə bağlı dava etdiklərini öz qulaqlarımla eşitmişəm. (Ananın bu məsələnin detalları ilə bağlı söylədiyi incəlikləri etik qaydalara görə təqdim etmirik – red.). Mən qıza dedim ki, ona halallıq vermirəm. Ağlaya-ağlaya rayona getdim və bir ay orda qaldım. Toydan 15 gün sonra Anar xaricə getdi. Bu fakt onun pasportunda da əks olunub. Həmin müddətdə qızın anası və bacısı onunla birlikdə qalıb. Əgər Anar ona işgəncə verib, qapalı rejimdə saxlayırdısa, onda necə oldu ki, o hər gün öz evlərinə gedib? Anar işə gedəndən sonra anası qızı götürüb evlərinə qaçırıb. Əgər ona həqiqətən işgəncələr verilirdisə, onda niyə indiyə kimi evlərinə getmirdi? Neçə dəfə Anardan icazəsiz gözəllik salonlarına gedib. Bütün bu faktlar sübut edir ki, onların mediaya verdikləri məlumatlar ağ yalandı. Mən əməliyyat olunandan sonra, həmin qız gəlib evdə məni elə vurdu ki, yaramdan qan açıldı. Hətta həmin hadisə ilə bağlı mənim oğlum qoymadı ki, onu polisə verim. Həmin qızın psixoloji durumu normal deyil. Hazırda "28 may"-da psixoloq yanına gedir. Mən təəssüf edirəm ki, bu cür adamın sözlərini əsas götürüb oğlumun haqqında pis məlumatlar yazırlar. Deyilənlərin hamısı iftiradır. Xahiş edirəm ki, onların hamını necə aldatdığını yazasınız. O qız birinci öz valideynlərini, sonra bizi, ardınca polisi, indi isə siz mətbuat işçilərini aldadır. Mənim oğlum tanınmış idmançı və dindardır. Onun barəsində yalan danışanlar və yayanlar həm də Allah qarşısında günaha batırlar”.

Son xəbərlər
Bütün xəbərlər »