Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya telekanalları Putinin qadına məğlub olmasını gizlədiblər - Fotolar

Rusiya prezidenti Vladimir Putin Soçi Zirvəsindən sonra jüdo və hokkey idman növü ilə məşğul olub. “Ölkə.Az” xəbər verir ki, Türkiyə prezidentini hava limanından yola salan Putin idman salonuna keçib.

Cüdo üzrə qara kəmər sahibi olan Putin əynini dəyişərək döşəyə çıxıb. 2016-cı ilin qızıl mükafatçısı Beslan Mudranov Putinlə üz-üzə durub. Rusiya prezidenti rəqibini məğlub edib.

Murdanovdan sonra döşəyə rus milli cüdoçusu Nataliya Kuzyutina çıxıb. Rusiya mətbuatı bu qarşılaşmaya az yer ayırıb, yalnız bəzi media orqanları Nataliyanı “Putini nokauta salan cüdoçu” adlandırıb. Rusiyanın aparıcı media qururmları bu epizodun üzərindən sükutla keçin. Qadın idmançı Putini başının üstündən fırladıb yerə çırpsa da, prezident məyus olmayıb, ayağa qalxaraq Natalyanın başından öpüb. NTV kanalının yaydığı videoda da Putinin "devrilməsi" epizodu yer almayıb.

İdmançı qadın Putinə təşəkkür edib və rus liderlə olan fotolarını sosial şəbəkədə paylaşıb.

“Prezident Putinə təşəkkür edirəm. Zirvədə gərgin görüşlərdən sonra idmana vaxt tapıb. Ölkəmizin bir nömrəli cüdoçusu ilə qarşılaşmaqdan çox məmnun qaldım”, - deyə Nataliya sosial şəbəkədə yazıb.

Rusiyanın Bryansk şəhərində anadan olan Nataliya Kuziutin 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün rus milli komandası ilə məşqlər edir. Dörd dəfə Avropa çempionu olan çüdoçu ilk dəfə 2009-cu ildə, yəni 2009-cu ildə Tiflisdə keçirilən yarışda çempion olub.

52 kq çəki dərəcəsində mübarizə aparan Nataliya 2010, 2014 və 2017-ci illərdə Dünya Cüdo Çempionatının bürünc mükafatlarını qazanıb.

2012-ci ildə London Yay Olimpiya oyunlarında ilk mərhələdə məğlub olub.

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Oğluma polis bölməsində ağır işgəncələr verilir” - DİN-dən ittihama cavab
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
››› “NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”
››› Aclıqdan qız övladlarını satırlar
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
Son xəbərlər
Bütün xəbərlər »