Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN: Bakıda silahlı şəxs saxlanılıb - Fotolar

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Şəmkir rayon sakini Zaur Bəylərli saxlanılıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman 2 büküm, ümumi çəkisi 5 qram olan narkotik vasitə - heroin və bir büküm, çəkisi 8 qram olan tiryək aşkar olunaraq götürülüb. Z.Bəylərlinin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun Nəsimi rayonunda yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətdiyi də müəyyən edilib.

Evə baxış zamanı həmin şəxsə məxsus 1 ədəd “Makarov” markalı tapança, ona məxsus sandıqça və 8 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
››› FHN Abşeronda ev əşyalarını balkondan atan qadınla bağlı məlumat yayıb
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
Son xəbərlər
Bütün xəbərlər »