Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda 5 uşaq atası özünü öldürdü

Astarada 51 yaşlı kişi intihar edib.

"Report"un Cənub bürosunun xəbərinə görə, hadisə rayonunun ucqar dağ kəndi olan Hamuşamda baş verib.

Kənd sakini, 51 yaşlı İlqar Nəhmətov yaşadığı evin həyətindəki tövlədə kəndirlə özünü asıb. Hadisədən mərhumun həyat yoldaşı xəbər tutub və polisə məlumat veriblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Mərhumun yaxınlarının sözlərinə görə, intiharın səbəbi məlum deyil. Onlar bildirib ki, İlqar Nəhmətov normal həyat tərzi sürüb, psixoloji cəhətdən də hər hansı bir problemi olmayıb. Mərhumun meyiti daxili və xarici müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Uzun illər Rusiya Federasiyasında yaşayan İ.Nəhmətov ailəli olub və 5 övladı var.

Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »