Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

Yaponiya ilə Cənubi Koreya bir ada uğrunda mübarizə aparır. Məsələnin maraqlı tərəfi odur ki, Liankur adasında cəmi bir nəfər sakini var.

Bizimyol.info “Korea Herald” nəşrinə istinadən xəbər verir ki, Kim Sin Yol adada 1991-ci ildən yaşayır. Koreyalı qadın bura həyat yoldaşı Kim Son ilə gəlmişdi. Onda Cənubi Koreya bu hadisəni ölkənin suverenlik rəmzi adlandırmışdı. Keçən ilin oktyabrında həyat yoldaşının vəfat etməsi də Kim Sin Yolu adadan soyutmayıb, o həmişə burada yaşamaq istəyir.

Yapon dənizinin qərbindəki adada daha 40 koreyalı məskunlaşıb: mütəxəssislər, mayaka nəzarət edənlər, polislər. Amma bu adamlar adanın daimi sakinləri deyil. Yalnız Kim Sin Yol rezident sayılır.

Qadın 2017-ci ilə qədər dalğıc işləyib. Kim Sin Yol həm də dəniz məhsulları sayəsində dolanırdı. İndi onun adadakı evində təmir gedir. Kim Sin Yol müvəqqəti Pxoxana qızının yanına gedib.

Liankur ətrafında söz-söhbət 2012-ci ilin yayında böyüdü. Onda Cənubi Koreya prezidenti Li Men Bak adaya səfər etmişdi. Bu səfərdən sonra Yaponiya Cənubi Koreyadakı səfirinin geri çağırdı. Bundan sonra rəsmi Tokio məsələnin BMT-nin beynəlxalq məhkəməsində həllini təklif etdi. Amma Seuldan rədd cavabı gəldi.

Yaponiya Liankuru hələ 1904-1905 rus-yapon müharibəsindən sonra işğal etmişdi. 1910-cu ildən 1945-ci ilə qədər yaponlar Cənubi Koreyanın bütün ərazisini ələ keçirdi. Koreyalılar müstəqillik üçün Yaponiyanın İkinci Dünya Müharibəsində məğlubiyyətini gözləməli oldu. İndi koreyalılar adaya açıq-aşkar iddia edir.

Liankur adanın beynəlxalq adıdır. Cənubi Koreya buranı Tokto, Yaponiya Takesima adlandırır.

Son xəbərlər
Bütün xəbərlər »