Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevgililər Günündə sevgi etirafı edən prezident söyüşə məruz qaldı

Ukrayna prezidenti Pyotr Poroşenko Xarkovdakı filarmoniya binasında yerli sakinlər qarşısında çıxış edərkən söyülüb. Prezident filarmoniya binasının yenidən qurulmasından sonra onun açılışında iştirak etmək üçün ora gəlibmiş.

Bizimyol.info xəbər verir ki, açılış mərasimi fevralın 14-nə - Sevgililər Gününə təsadüf etdiyindən Poroşenko da Xarkov sakinlərinə üz tutaraq deyib: “Mən də sizləri sevirəm!”

Bu məqamda kütlənin arasından bir yaşlı kişi “get, rədd ol...”, - deyə qışqırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal həmin kişini tutub, ətrafdakı binalardan birinin girişinə aparıblar. Amma onu çox saxlamayıblar. Çünki açılış mərasiminə toplaşmış kütlənin diqqəti onun üzərində olub. Onlar əllərindəki telefonlarla baş verənləri çəkiblər.

Şahidlərin dediyinə görə, prezidenti söyən kişi tutulub aparılanda da onun əleyhinə fikirlər səsləndirirmiş. Deyirmiş ki, pensiyaçılar dolana bilmir, o isə özünə 40 milyardlıq sərvət toplayıb.

Son xəbərlər
Bütün xəbərlər »