Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda məktəb qəzalı vəziyyətə düşdü, şagirdlər təxliyyə edildi - Fotolar

Cəlilabadda məktəbin döşəməsi uçub, 450 şagirdin həyatı təhlükədə

Bizimyol.info xəbər verir ki, Cəlilabad rayon Muğan kənd orta məktəbi qəzalı vəziyyətdədir. Məktəbin 1930-cu ildə və 1974-cü ildə tikilən iki binası uçmaq təhlükəsi ilə üz-üzədir. Məktəbin ikinci mərtəbəsində döşəmə uçduğu üçün şagirdlər birinci mərtəbələrə köçürülüb.

Məktəbdə 450 şagird təhsil alır. Burda həmçinin Söyüdlü kəndinin şagirdləri də təhsil alır. Tədrisi isə 30 müəllim həyata keçirir. Hər iki bina qəzalı vəziyyətdədir. Məktəbin 22 otaqdan ibarət olan siniflərində dərs keçmək artıq mümkün deyil. Axırıncı dəfə məktəbin nə vaxt təmir oldunğunu heç kim bilmir.

Müəllimlər və valideynlər əməkdaşımız bildiriblər ki, Təhsil Nazirliyi problemlə bağlı onlara kömək etsin.

Məktəbdə həmçinin istilik sistemi də yoxdur, sinif otaqları odun sobaları ilə qızdırılır.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »