Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
8 aylıq hamilə qardaşı arvadını öldürdü: ifadəsi dəhşətə gətirdi

Konyada 8 aylıq hamilə qardaşı arvadını sinəsindən bıçaqlayaraq öldürən şəxsin məhkəmə ifadəsi ortaya çıxıb.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, ona şillə atdığını iddia edən Suriya əsilli 26 yaşlı Abdulbasid el Muhammed gəlinləri 38 yaşlı Amira Alyassoufu qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum edilib.

Hadisə 19 iyul 2018-ci il saat 22 radələrində baş verib. 2 uşaq atası suriyalı Abdulbasid el Muhammed böyük qardaşının yoldaşını qətlə yetirmək səbəbi kimi evindəki əşyaları oğurlayıb satmağını götərib:

"Təzəlikcə bizə yaxın bir evə köçmüşdülər. Hər axşam işdən evə gələndə, nəyinsə evdən yoxa çıxdığını görürdüm".

Bir gün qardaşının evinə gedən Abdulbasid el Muhammed, qapını açan böyük qardaşı və onun arvadı ilə mübahisəyə başlayıb:

"Əşyalarımı niyə oğurlayıb satırsan" dedim. "Satdıqlarının pulunu ver" dedim. "Bu zaman mübahisə düşdü və gəlinimiz mənə şillə atdı. Mən də özümlə götürdüyüm bıçaqla onu vurdum".

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
Son xəbərlər
Bütün xəbərlər »