Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nobelə layiqəm, amma görünür, heç vaxt almayacam” - Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, Nobel mükafatına layiqdir, ancaq onu alacağını düşünmür.

Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp belə deyib:

“Mənə gəlincə, belə görünür, Nobeli heç vaxt almayacam. Ancaq eybi yox. Onlar Nobeli Barak Obamaya verdilər. Ancaq o heç bilmədi ki, mükafatı nəyə görə alıb”.

Amerika lideri mükafata layiq olması ilə bağlı xidmətlərini də sadalayıb. O, bu xidmətlər arasında Şimali Koreya lideri Kim Çen İnlə görüşünü, Rusiya, İran və Suriya ilə birlikdə İdlibdə dinc sakinlərin öldürülməsinin qarşısının alınmasını qeyd edib.

Tramp, həmçinin, əlavə edib ki, Yaponiyanın baş naziri Sindze Abe də Nobelə onun namizədliyini dəstəkləyib. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »