Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nu, poqodi”nin yeni seriyası çəkilir

Sovet cizgi filmlərini xüsusilə yaşlı nəsil çox sevir. Çünki həmin filmlər onlara uşaqlığını xatırladır. Amma indiki uşaqlar da sovet istehsalı olan cizgi əsərlərinə biganə deyil. “Nu, poqodi”nin adını çəkmək yetər.

Bizimyol.info xəbər verir ki, “Nu, poqodi”nin yeni seriyası çəkiləcək. “Soyuzmultfilm”in sədri Yuliana Slaşeva bu haqda məlumat verib. Onun dediyinə görə, təkcə “Nu, poqodi”nin yox, məşhur cizgi filmlərinin əksərinin ardını çəkməyi planlaşdırırlar. Məsələn, “Çeburaşka və timsah Gena”, “Bremen musiqiçiləri” mütləq davam etdiriləcək. Sədr deyir ki, kinostudiyanın məqsədi filmlərə yeni həyat vermək, fərqli süjetlər ortaya çıxarmaq, personajları alışmadığımız amplualarda göstərməkdir.

“Soyuzmultfilm” artıq ilk addımını atıb. “Prostokvaşino”nun yeni seriyası çəkilib. Keçən ilin yazında kinostudiyanın “Youtube” kanalında uşaqlara filmin davamını izləməyə şərait yaradıldı.

Son xəbərlər
Bütün xəbərlər »