Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nohur balıqçıllğı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılıq üzrə mütəxəssisləri Salyan və Neftçala rayonlarında nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə görüş keçirib.

130 sahibkarın iştirak etdiyi görüşdə Nazirliyin balıqçılıq üzrə mütəxəssisləri tərəfindən sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişafı, daha yüksək məhsuldarlığın əldə edilməsi və keyfiyyətli yem təchizatı ilə bağlı tövsiyələr verilib, sahibkarların problemləri dinlənilib, onların həlli yolları müzakirə edilib.

Görüşdə, həmçinin nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı sahibkarlar təlimatlandırılıb, yarana biləcək sualların cavablandırılması üçün Nazirliyin müvafiq qurumlarına müraciət etmələri bildirilib.

Qeyd edək ki, ölkənin digər regionlarında da nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər təşkil olunacaq. (Movqe.az)

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› Bill Qeytsin qızının toyu İslam adətləri ilə keçirilib
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
Son xəbərlər
Bütün xəbərlər »