Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp fövqəladə vəziyyətlə bağlı sənəd imzaladı

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddəki vəziyyətə görə ölkədə fövqəladə vəziyyət elan edilməsi haqda göstəriş verib.

Bu barədə prezidentin mətbuat katibi Sara Sanders bildirib. Tvitterdə Trampın bununla bağlı sənədi imzalayarkən çəkilmiş fotosunu yerləşdirən Sanders “cənub sərhədində milli təhlükəsizlik və humanitar böhran probleminin həlli üçün” sözlərini yazıb.

Fövqəladə vəziyyətin elan edilməsi Trampa Konqresin razılığı olmasa belə, Meksika ilə sərhəddəki divarın tikintisinə lazım olan vəsaiti toplamağa imkan verəcək.

Qeyd edək ki, Konqresdə baxılan büdcə layihəsinə əsasən, Meksika ilə sərhəddə divarın tikintisinə 1,3 milyard ayrılıb. Tramp isə 5,7 milyard dollar tələb edir. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »