Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qızıl bazarında son durum - Video

Qızıl ən qiymətli metal kimi həmişə öz dəyərini qoruyub saxlayır.

Əksər insanlar öz büdcələrini qızıla çevirib onun dəyərdən düşməyəcəyinə inanırlar. Ancaq müəyyən səbəblərdən asılı olaraq qızıl gah ən aşağı, gah da ən yuxarı həddə qədər dəyişir.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ölkədə qızıl və gümüş ucuzlaşıb. Belə ki, fevralın 14-də qızılın qiyməti fevralın 13-ü ilə müqayisədə 7,6075 manat azalaraq 1 unsiya üçün 2224,8920 manat təşkil edib. Gümüş 0,1722 manat ucuzlaşaraq 1 unsiya üçün 26,5885 manata bərabər olub.

Bəs, bazarda vəziyyət-tələb və təklif necədir?

Bizimyol.info-nun əməkdaşı Ramid İbrahimov bu suala cavab tapmaq üçün “Moskva” ticarət mərkəzində olub.

Satıcılar bildiriblər ki, qızıl bazarında qiymətlərin dəyişməsi dünyada iqtisadiyyatda qeyri-müəyyənliklə bağlıdır.

Azərbaycanda isə adətən bazarda qızıl məmulatlarına tələbatın azalması və artması ilə bağlıdır.

Satıcıların sözlərinə görə, hazırda qızıl bazarında durğunluq hökm sürür. Əvvəlki kimi alver yoxdur. Buna baxmayaraq, qiymətlər də ucuzlaşmayıb.

Qızıl bazarından hazırladığımız videoreportajı təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »