Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lənkəranda 29 yaşlı qadın intihara cəhd edib

Lənkəran rayonunda 29 yaşlı qadın intihara cəhd edib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Sütəmurdov kəndində qeydə alınıb.

Belə ki, Lənkəran rayon sakini, 1990-cı il təvəllüdlü V.İ. yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihara cəhd edib. Hadisədən xəbər tutan ailə üzvləri onun öldüyünü zənn ediblər. Lakin hadisə yerinə göndərilən polis əməkdaşları və təcili tibbi yardım stansiyasının həkimləri onun ölmədiyini müəyyən ediblər. V.İ.-yə zəruri tibbi yardım göstərildikdən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, V.İ. həyat yoldaşı ilə 6 ildir evlidir. Bir övladları ölüb, digərinin iki yaşı var. Şirvan şəhərindən Lənkərana gəlin gələn qadın uzun illər özünün və övladının zorakılığa məruz qaldığını, həyat yoldaşından ayrılmaq istəsə də, mümkün olmadığını bildirib. Hətta intihara cəhd etməzdən əvvəl həyat yoldaşı R.İ.-ni məlumatlandırıb. Eyni zamanda DİN-in “102” Zəng Mərkəzinə zəng edərək intihar etməsinə səbəb kimi həyat yoldaşının onu incitməsini göstərib.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »