Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nikotinin insan beyninə təsiri

ABŞ Kaliforniya Texnologiya İnstitutunun alimləri nikotinin sinir hüceyrələrinə təsiri barədə araşdırma aparıblar.

Məlum olduğu kimi, nikotin digər maddələrdən fərqli olaraq, beyin qan dövranından keçərək beyinə təsir edə bilir. Nikotin nACh-r reseptorları ilə əlaqədə olduğu zaman, insanda yüngül eyforiya hissi yaranır.

Nikotin neyronların daxilində olarkən nə baş verir? İndiyə kimi bunun təsirləri bilinmirdi. Yaxınlarda alimlər iki zülaldan ibarət süni sistemin sayəsində bunun əsl səbəblərini müəyyənləşdirə biliblər. Bir zülal nikotinlə əlaqəyə girib və formasını dəyişib, ikinci – fluorosent zülalını hərəkətə gətirib. Beləliklə, parlayan marker əmələ gəlib və hüceyrələrdə nikotinin bölgüsünü aşkar şəkildə görməyə imkan verib.

Məlum olub ki, nikotinin hüceyrələrlə əlaqəsindən bir neçə saniyə sonra içəri keçib və endoplazmatik şəbəkədə (endoplazmatik şəbəkə - hüceyrənin xarici membranı daxilə çəkilərək dəfələrlə şəxslənir və endoplazmatik şəbəkəni əmələ gətirir) görünüb. Bu strukturda yeni zülallar əmələ gəlib, lakin onların saxlanma müddəti nikotinə görə azalıb. Reseptorlar aktiv şəkildə hüceyrə membranına köçməyə başlayıblar. Belə olan halda isə qüsurlu dairə əmələ gəlib: çox siqaret çəkən şəxslərdə nikotin reseptorları olur və bu, nikotindən asılılıq üçün əsas verir. (E-tibb.az)

Son xəbərlər
Bütün xəbərlər »