Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oğru polisin düz qarşısında yıxıldı və pullar havaya sovruldu

Oğurluq zamanı çantaya çoxlu pul doldurmaqla iş bitmir, gərək həmin pulları evə aparmağı da bacarasan. Məsələn, amerikalı Ceyson Makkenrodt planlaşdırdığı işin ikinci hissəsinin öhdəsindən gələ bilməyib.

Bizimyol.info xəbər verir ki, “Portland Press Herald” qəzeti bu haqda yazıb. 37 yaşlı cinayətkar Uotervill şəhərində bank soymağı bacarıb. Amma qaçarkən polisin düz qarşısında yerə yıxılıb. Bu vaxt tapança yerə düşüb, pullar havaya sovrulub. Leytenant Qlenn Lanq fürsəti əldən verməyib, cinayətkarı həbs edib.

İndi Makkenrodtu həbsxana gözləyir. Düzdür, 25 min dollar müqabilində zaminə çıxmaq olar. Amma həbs həyatından yaxa qurtarmaq mümkün deyil. Məhkəmə mayda başlayacaq.

Buna bənzər başqa kuryoz hadisə haqda bizimyol.info bir müddət əvvəl yazmışdı. Braziliyada oğurluq zamanı cinayətkarlardan birinin ürəyi tutmuşdu və o, hadisə yerində keçinmişdi.

Son xəbərlər
Bütün xəbərlər »