Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anasının deyinməsinə hirsləndi, evi yandırdı

Sinqapurda bir kişini anası və qardaşı ilə birlikdə yaşadığı evi yandırdığına görə həbs ediblər. O, anasının deyinməsindən cana doyaraq, belə addım atdığını deyir.

Bizimyol.info “The Straits Times” qəzetinə istinadən xəbər verir ki, Roslan adlı adam polisə dərhal təslim olub. 37 yaşlı kişi hər gün evdə danlanırmış. Hadisədən bir gün əvvəl evdə yenə xoşuna gəlməyən sözlər eşidib. Anası onu valideynin qayğısına qalmamaqda qınayırdı. Ertəsi gün günorta qardaşının anasını xəstəxanaya aparmasını görəndə evi yandırmaq qərarına gəlir. O, dördüncü mərtəbədəki mənzilə od vurur. Özü də anasının çarpayısından başlayır. Od tez yayılır, qısa zamanda qonşunun mənzilinə keçirir. Qonşu özünü və ailəsini çətinliklə xilas edir.

Mütəxəssislərin rəyinə görə, Roslan mənzillərə təxminən 31 min Sinqapur dolları (təxminən 22,8 min ABŞ dolları) ziyan vurub. Onu beş il müddətinə azadlıqdan məhrum ediblər.

Son xəbərlər
Bütün xəbərlər »