Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda 4000 il yaşı olan araba tapılıb

Dünyanın ən qədim sivilizasiyalarından biri də Hindistanda olub. Qədim dünyanı öyrənmək üçün bu ölkəni yaxşı araşdırmaq vacibdir. Elm adamları da bunu gözəl bilir.

Bizimyol.info xəbər verir ki, arxeoloqların Hindistanla bağlı növbəti gözləntisi özünü doğruldub. Asiya ölkəsində yaşı 4000 və daha çox olan üç cəng arabası tapılıb. Əvvəlcə bəzi elementlər üzə çıxıb. Arxeoloqlar anlayıb ki, tezliklə araba tapmaq ehtimalı böyükdür. Onlar qısa zamanda istəklərinə nail olublar.

İndiyə qədər belə təsəvvür var idi ki, ilk cəng arabaları Mesopotamiyada peyda olub və onları Hindistanda axtarmaq mənasızdır. Amma yeni tapıntı təsəvvürləri dəyişib. Görünür, Hindistanı daha yaxşı öyrənmək lazımdır.

Tapıntı Hindistanın bürünc dövrünə aid edilir. Həmin periodda Hind çayının sahilində yüksəliş epoxasını yaşayan dövlətdə metallurgiya inkişaf etməyə başlamışdı. Buna görə cəng arabalarının peyda olmasına da təəccüblənmək lazım deyil.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »