Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Milyonçu" şousunda qalmaqala görə iki nəfəri işdən qovdular

“Kim milyonçu olmaq istər?” şousundakı qalmaqal haqqında bir neçə gün əvvəl yazmışdıq. Şounun baş redaktoru İlya Ber “Kim? Nə? Harada?” intellektual layihəsindən tanıdığımız Aleksandr Druzu sualların cavabını almağa cəhddə ittiham etmişdi.

Bizimyol.info xəbər verir ki, şouların yayımlandığı “Pervıy kanal” hər iki adamı layihələrdən uzaqlaşdırıb. Milyonşu şousunu hazırlayan “Qırmızı kvadrat” teleşirkətinin rəhbəri İlya Krivitski deyib: “Çəkiliş qrupundan heç kimi ixtiyarı yoxdur ki, iştirakçı ilə sualları müzakirə etsin. Bu qayda indiyə qədər bir dəfə də pozulmamışdı”.

Krivitski əlavə edib ki, Ber özbaşına istintaq aparmamalıydı. Druza isə iştirak etdiyi milyonçu yarışındakı uduş ödənilməyəcək. “Kim? Nə? Harada” proqramının yaradıcısı Nataliya Stetsenko layihənin böyük zərbə aldığını bildirib.

Aleksandr Druz və İlya Ber

“Kim? Nə? Harada?” layihəsinin magistri milyonçu şousunda dostu Viktor Sidnevlə iştirak etmişdi. İştirakçılar 15-ci suala qədər irəliləmiş, amma səhv cavab verərək, 3 milyon rublu əldən vermişdilər. Onlara 200 min rubl (təxminən 3000 dollar) çatmışdı. Sonradan Ber Druzu sualların cavabını əvvəldən razılaşdırmaqda ittiham etmişdi. Druz isə bu təklifi əvvəlcə ondan eşitdiyini demişdi.

Son xəbərlər
Bütün xəbərlər »