Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ötən ilin ən böyük hərbi büdcəyə malik ölkələri bəlli olub

2018-ci ildə ABŞ-ın müdafiə xərcləri 643,3 milyard dollar təşkil edib.

Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (İİSS) hər il dərc etdiyi reytinqdə ikinci yeri 168,2 milyard dollarlıq müdafiə xərcləri ilə Çin, üçüncü yeri isə 82,9 milyard dollarla Səudiyyə Ərəbistanı tutur.

Sonrakı yerlərdə Rusiya (63,1 milyard dollar), Hindistan (57,9 milyard diollar), Böyük Britaniya (56,1 milyard dollar), Fransa (53,4 milyard dollar), Yaponiya (47,3 milyard dollar), Almaniya (45,7 milyard dollar), Cənubi Koreya (39,2 milyard dollar) gəlir. NATO üzvü olan Avropa ölkələrinin isə ötən il məcmu hərbi büdcəsinin 264 milyard dollar təşkil etdiyi bildirilir.

Hesabatı Münhen Təhlükəsizlik Konfransına təqdim edən İİSS eksperti Fransua Haysburq sənəddəki rəqəmləri Avropada müdafiə xərclərini artırmaqdan boyun qaçırmaq üçün bəhanə gətirməməyə çağırıb: “Rusiya müdafiəsinə xərclədiyi pullardan daha çox hərbi səmərə əldə etməyi bacarır”. (Report.az)

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Tarif Şurasının son qərarı əhalinin ödəmə qabiliyyətinə heç bir təsir etməyəcək - Rəsmi
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
Son xəbərlər
Bütün xəbərlər »