Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sendviç oğurlayan sloveniyalı deputat mandatından imtina etdi

Sloveniya parlamentinin deputatı Dariy Krayçiç Lyublyanadakı mağazalardan birindən sendviç oğurlaması qalmaqalından sonra mandatından imtina edib.

Bununla bağlı “BBC” məlumat yayıb.

“Maryan Şareçin Siyahısı” fraksiyasından olan 54 yaşlı deputat supermarketdəki kassanın qarşısında bir neçə dəqiqə dayandıqdan sonra təhlükəsizlik sistemini yoxlamaq üçün cibində kifayət qədər nağd pul olmasına baxmayaraq, götürdüyü sendviçin pulunu ödəməmiş mağazanı tərk edib.

Oğurluğu görməyiblər. O, bir müddət sonra qayıdıb və sendviçin pulunu ödəyib. Hadisədən sonra siyasətçi uğursuz sosial eksperimentə görə üzr istəyib. “Maryan Şareçin Siyahısı” fraksiyasının rəhbəri Brane Qolubiç Krayçiçin bu hərəkətinə kəskin reaksiya verib.

Bundan sonra deputat mandatından imtina edib.

Xatırladaq ki, Krayçiç 2018-ci ilin sentyabrında Sloveniya parlamentinə seçilib. (Oxu.az)

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »