Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq” sahibkarların işini ASANlaşdırır

Sahibkarların enerji şəbəkəsinə qoşulması proseduru sadələşdirilib.

Bizimyol.info xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Perspektiv inkişaf və ASAN xidmətlə iş idarəsinin rəhbəri Elsevər Rüstəmli jurnalsitlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, indi sahibkarlar üçün elektrik şəbəkəsinə qoşulma prosesi 20 gün çəkir və iki mərhələdə icra olunur: “Birinci mərhələ sahibkarın “ASAN Kommunal” mərkəzləri və Kiçik və Orta Biznes Evlərinə sənəd təqdim etməyi nəzərdə tutur. Sənədlər ASC-yə göndərildikdən sonra tikinti işləri başlayır. Son mərhələdə “Azərişıq” əməkdaşı müəssisəyə gəlir və müqavilə imzalanır. Bütün bir prosedur 20 gün əhatə edir”.

O əlavə edib ki, ASC-yə 240 müraciət daxil olub. Onlardan 207-i artıq qoşulub.

Rövşən

Son xəbərlər
Bütün xəbərlər »