Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vergilər Nazirliyi xəbərdarlıq etdi: Məlumatları gizlədirlər

Vergilər Nazirliyi vergi güzəşti və azadolmaları barədə məlumatları uçot-baza sistemində bəyan etməyən vergi ödəyicilərinə xəbərdarlıq göndərib.

Oxu.Az xəbər verir ki, nazirliyin məlumatına görə, aidiyyəti şəxslərin tərtib etdikləri bəyannamədə bəzi uçot-baza məlumatları əks etdirilməyib.

Bunların arasında əsas və digər fəaliyyət növünün kənd təsərrüfatı məhsullarının istehsalı, uşaq bağçalarının fəaliyyəti ilə bağlı olması, təhsil və ya səhiyyə müəssisəsi olması və s. məsələlər var.

Xatırladaq ki, Vergi Məcəlləsində vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə maliyyə sanksiyası tətbiq edilir. Buna görə də Vergilər Nazirliyi vergi ödəyicilərini əlavə maliyyə sanksiyalarına məruz qalmamaları üçün güzəşt və azadolmalar üzrə bəyan edilməli məlumatları bəyannamədə əks etdirməyə çağırıb.

Nazirlik vergi ödəyicilərinin nəzərinə çatdırıb ki, qanunla müəyyən edilmiş vergi güzəşti və azadolmalarından istifadə hüququ yalnız müvafiq təsdiqedici sənədlər olduğu təqdirdə yaranır.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »