Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Atatürk parkındakı obyektlər sökülmədi, ağaclar kəsildi, yeni obyekt tikilir - Fotolar

Bakının Nərimanov rayonunda yerləşən Atatürk parkındakı günün tələblərinə cavab verməyən obyektlərin sökülməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bəyanat yayılmışdı. Lakin bu günlərdə sözügedən parkda ağacların kəsilməsinin də şahidi olduq.

Bu barədə açıqlama verən Bitkilərin Mühafizəsi İdarəsinin rəisi Orxan Məmmədov isə qeyd etmişdi ki, orada cəmi iki ağac kəsilib, kütləvi şəkildə ağacların kəsilməsindən söhbət belə gedə biləz. Bu gün isə Bizimyol.info-ya daxil olan məluimat əsasında sözügedən parkda yeni obyekt tikintisinin başlanması xəbəri daxil oldu.

Daxil olan məlumat əsasında əməkdaşımız həmin ərazidə oldu və həqiqətən də Atatürk parkının Azərbaycanın tanınmış ictimai-siyasi xadimi Ayna Sultanovanın heykəlinin yaxınlığında tikintii işlərinin, eləcə də bünövrələmə işlərini aparılmasının şahidi oldu. Lakin aparılan tikinti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin yeni təyin olunan mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov əməkdaşımızın zənglərinə cavab verməyib.

Atatürk parkında aparılan tikinti işlərini özündə əks etdirən fotoşəkilləri oxucularımıza təqdim edirik:

Rövşən Əsədov / Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »