Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yanvar ayında Azərbaycanda bahalaşma qeydə alınıb

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2018-ci ildə inflyasiyanın hesablanması üçün istifadə olunan 521 adda mal və xidmətdən 121-nin qiyməti azalıb, 40-nın qiyməti isə dəyişməz qalıb. Beləliklə, 360 adda mal və xidmət növünün qiymətlərində artım müşahidə olunub.

Mövzu ilə bağlı Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov bizimyol.info-ya bildirib ki, cari ilin yanvar ayında qiymət artımı daha çox müşahidə olunub.

Sabit Bağırov

“Ötən ilə nisbətən bu ilin yanvar ayında gözəçarpan qiymət artımı baş verdi. Xüsusən əzaq məhsullarının qiymətində artımlar var. Qiymət artımı Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqəlidir. Belə ki, kölgə iqtisadiyyatı üzə çıxıb, dünən vergi ödəməyən sahibkar, bu gün vergi ödəyir”,-deyə ekspert bildirib.

O, deyib ki, hökumət qiymət artımını kompensasiya etməlidir: “Əmək haqqının, pensiyaların və təqaüdlərin artırılması yolu ilə qiymət artımı kompensasiya edilməlidir. Biz bunu da müşahidə edirik. Hökumət qiymət artımından xəbərdardı. Amma əmək haqqına, pensiyalara və təqaüdlərə edilən artımlar qiymət artımını tam kompensasiya etmir”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »