Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çeçenlərin Moskvada azərbaycanlılara silahlı hücumu nəticəsində 10 nəfər yaralanıb - Video

Moskvanın cənub-şərqindəki Peçatnik rayonunda 100-ə yaxın adamın iştirakı ilə kütləvi dava və silahlı insident baş verib. Hadisə nəticəsində 10 nəfər yaralanıb, 20-si isə saxlanılıb.

Silahlı atışma ötən axşam saat 23:00 radələrində Peçatnik rayonunun Kuryanova küçəsində azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit” restoranında olub.

Qeyd olunur ki, 14 fevral "Valentin günü" ilə əlaqədar restoranda çoxlu müştəri olub. Lakin qəfildən bıçaqla və travmatik tapança ilə silahlanmış bir qrup çeçen restoranı basaraq, oradakı bütün müştəriləri küçəyə çıxmağa məcbur ediblər. Daha sonra isə restoran əməkdaşlarına qarşı hücuma keçiblər. Atışmadan və kütləvi davadan sonra çeçenlər müşahidə kameralarının video yazılarını özlərini ilə götürərərk hadisə yerindən qaçıblar.

Şahidlərin sözlərinə görə, atışma zamanı restoranın sahibi Yaşar Əliyev yaralanıb. Restorandakı insidentdən sonra isə Peçatnik rayonunda daha bir atışma olduğu, azərbaycanlıların maşınla çeçenləri təqib etdikləri iddia olunur.

Hazırda Rusiya polisi baş verən insdientin səbələrini araşdırır.

Silahlı atışmanın şahidlərindən biri "Beşinci kanal”a bildirib ki, "Neolit” restoranındakı kütləvi davanın səbəbi çoxdankı haqq-hesabla bağlıdır. Bu dəfəki insident də həmin proseslərin davamıdır. (AzVision)

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »