Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Donald Tramp" adlı iti öldürdülər, məsələ siyasiləşdi

ABŞ prezidenti Donald Trampın reytinqi azalmaqda davam edir. Buna baxmayaraq, Amerika dövlətində Donald Tramp adlı itin öldürülməsində siyasi səbəblər axtarmaq lazım deyil. Minnesota ştatındakı Cekson dairəsinin polis rəisi belə deyir.

Bizimyol.info “Fox News” qəzetinə istinadən xəbər verir ki, iti quduzluğuna görə öldürüblər. Bu işi görən adam addımını onun ev heyvanına hücumla əlaqələndirib. Donald Tramp tez-tez qonşuların həyətinə girib həm ev heyvanlarına, həm də insanlara hücum edirmiş. Son aylar yerli şerifə bununla bağlı 14 şikayət olunub. İtin sahibi heç bir tədbir görmürmüş. Axırda qonşulardan birinin səbri tükənib.

Sosial şəbəkələrdəki müzakirələrdə isə hadisədə məhz siyasi amili qabardırlar. Hesab edirlər ki, adamları Donald Tramp adı da çox qıcıqlandırır. Üstəlik, Donald Tramp başqalarına hücum edirsə, deməli, onu əvvəl-axır öldürməliydilər.

Son xəbərlər
Bütün xəbərlər »