Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada azərbaycanlılarla çeçenlər arsında silahlı toqquşma -“Qanlı Sevgililər Günü”

Fevralın 14-ü gecə saat 23 radələrində Moskvanın Kuryanova küçəsindəki, azərbaycanlı iş adamına məxsus "Neolit" kafesində silahlı insident baş verib.

Bizimyol.info gazeta.ru saytına istinadən bildirir ki, 70-100-ə qədər adam “Sevgililər Günü” ilə bağlı tədbirin təşkil edildiyi kafeyə basqın ediblər. Əvvəl kafedə olan müştəriləri bayıra çıxarıblar. Şahidlərin ifadəsinə əsasən verilə məlumatda sonra kafedən 50 dəfəyə yaxı atəş səsi gəldiyi bildirilib. Az sonra hər iki tərəf kafedən çıxaraq küçədə də insideti davam etdiriblər. Basqınçılar gəldikləri maşınlara minərək qaçsalar da, iki maşını hadisə yeri yaxınlığında atıb gediblər. Maşınlardan biri taksi olub.

Şahidlər bunu milliyətcə azərbaycanlı olan, kafe sahibi Yaşar Əliyevlə çeçen milllətindən olan şəxslər arasında əvvəllər də baş vermiş insidentin davamı olduğunu bildirirlər.

Daxili İşlən Nazirliyindən verilən məlumata əsasən, münaqişə zamanı 1-i ağır olmaqla 11 nəfər xəsarət alıb. 17 nəfər hadisə iştirakçısı isə saxlanılıb.

Basqınçılar kafeni dağıdaraq azərbaycanlı iş adamına külli miqdarda zərər vurublar. Onlar müşahidə kameralarındakı qeydləri də özləri ilə aparıblar.

Hazırda günahkarların saxlanması və hadisənin səbəbləri barədə araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »