Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyevin imzasını saxtalaşdıran deputat köməkçisi saxlanılıb - Qalmaqal

Rusiya polisi 32 yaşlı Dərbənt şəhər sakini Beytulla Cavadovu saxlayıb. Buna səbəb həmin şəxsin məmur vəzifələrinin satışı ilə məşğul olması olub.

Bu günə onun fəaliyyətindən zərər görmüş 10 nəfər barədə məlumat var. Fırıldaqçı bu fəaliyyəti müqabilində 15 milyon rubl pul əldə edib, bu barədə məlumatı "Arqumenti i fakti" qəzeti yayıb.

Məmur "vəzifələri"nin satışı işinə Cavadov Dağıstan Milli İclasının deputatı Leyla Kərimovanın köməkçisi olandan sonra qurşanıb. Adamları öz imkanlarına inandırmaq üçün o, həmin şəxslərə respublikanın birinci adamları ilə fotolarını, Rusiya prezidenti Putin və Azərbaycan prezidenti İlham Əliyevin imzası ilə guya ona verilmiş saxta fəxri fərmanları göstərirmiş.

Təhsil nazirinin müavini vəzifəsi üçün Cavadov 4 milyon rubl, rayon rəhbəri vəzifəsi üçün - 2-3 milyon rubl istəyibmiş. Baş nazir vəzifəsi isə 5 milyon rubl imiş.

Son xəbərlər
Bütün xəbərlər »