Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Donuzlardan insanlara qaraciyər köçürüləcək
Tezliklə donuzlardan insanlara qaraciyər köçürülməsi mümkün olacaq.

Oxu.Az-ın xəbərinə görə, Malatya Universitetinin professoru Sezai Yılmaz bildirib ki, yaxın beş il ərzində bu layihənin hazırlanıb tətbiq edilməsi nəzərdə tutulub:

“Bu gün Türkiyədə də orqan transplantasiyası zəifdir. İnsanlar vəfat edən yaxınlarının orqanlarını bağışlamaq istəmirlər. Bu, onlara mənəvi zərbədir. Bu istiqamətdə maarifləndirmə tədbirləri aparılmalıdır. Biz yeni layihə üzərində çalışırıq. Geni dəyişdirilmiş heyvanlardan, daha dəqiq desək, donuzlardan insanlara qaraciyər köçürülməsini tətbiq etməyə çalışacağıq.

Əslində, orqanların insan yaradılışına ən yaxın olan heyvanlardan - meymunlardan (qorilla, şimpanze) köçürülməsi daha yaxşı olardı. Lakin onların tapılması, saxlanılması olduqca çətindir.

Bu baxımdan, məhz donuzlar üzərində tədqiqatlar aparılır. Əgər bu layihə uğurla başa çatdırılarsa, Malatya Universitetinə Nobel gətirməyi düşünürük”.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Avqustun 2-nə olan hava proqnozu
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
Son xəbərlər
Bütün xəbərlər »