Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir postsovet ölkəsində inqilab gözlənilir

Ukraynadakı Maydan hadisələrinin davamı postsovet məkanının başqa dövlətində ola bilər. Ruisiyanın təhlükəsizlik şurasının katibi Nikolay Patruşev “Komsomolskaya pravda”ya müsahibəsində belə deyib. Onun fikrincə, tezliklə Moldovada hakimiyyət dəyişikliyi ehtimalı böyükdür.

Bizimyol.info sizə Petruşevin fikirlərini çatdırır: “ABŞ və Avropa İttifaqı ölkələri Kişinyovda Moldova Maydanını hazırlayır. Prezidenti impiçmentə məcbur etməyə çalışacaqlar”.

Patruşev fevralın 24-də keçiriləcək parlament seçkilərindən çox şeyin asılı olduğunu deyib. Seçkilərdə sosialistlər qalib gəlsə, müxalif kəsim prezident İqor Dodonun axırına çıxacaq. Kreml rəsmisi Vaşinqton və Brüsselin avroatlantik regiona inteqrasiya tərəfdarlarının qələbəsini arzuladığını gizlətmədiyini, bunu hətta aşkar büruzə verdiyini hesab edir.

Parlament seçkilərində Dodonun rəhbərlik etdiyi sosialistlər partiyasının qalib gəlmək şansı böyükdür. Müxalifət onun seçkiləri saxtalaşdıracağına da şübhə etmir. Bu isə ölkədə inqilab ab-havası yaradır. Rusiya Moldovada inqilabın ola bilmək ehtimalını yüksək sayır.

Son xəbərlər
Bütün xəbərlər »