Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gələcəyin kitabxanası” ədəbi əsərləri XXII əsrə göndərir
Norveçdə “Gələcəyin kitabxanası” yaradılır. 2014-cü ildə start götürən və 100 ilə hesablanan bu layihə şotland rəssamı Keti Patersona məxsusdur.

AZƏRTAC xəbər verir ki, layihəyə görə, XX əsrdə hər yazıçı ildə bir romanını “Gələcəyin kitabxanası”na verir. Toplanan əsərlər 2114-cü ildə nəşr olunacaq. Bu yolla ədəbiyyatın “zaman maşını” icad olunur: müəlliflər əsərlərinin sonrakı taleyindən xəbər tutmadan onu uzaq gələcəyə göndərirlər.

“Gələcəyin kitabxanası”nda artıq Marqaret Etvudun, Devid Mitçellin və Syon Siqurdssonun yeni əsərləri saxlanılır.

Əlyazmalar Oslo ictimai kitabxanasının xüsusi avadanlıq quraşdırılmış zalında saxlanılır. Elektron lövhədə saxlanılan əsərlərin siyahısını görmək mümkündür, lakin bu əsərlər əlçatan deyil.

Üç il bundan əvvəl təşkilatçılar min ədəd şam ağacı əkiblər. Bu da beynəlxalq layihənin hazırkı dövrdə yeganə görünən tərəfidir. Məhz həmin ağaclardan 2114-cü ildə ədəbi əsərlərin çapı üçün kağız hazırlanacaq. Bununla belə, tiraj 1000 nüsxə ilə məhdudlaşıb.

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »