Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tibb Universitetində açılacaq yeni ixtisasların adı bilindi

Azərbaycan Dövlət Tibb Universitetində üç yeni ixtisas açılması üçün Nazirlər Kabinetinə müraciət edilib.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.

Onun sözlərinə görə, üç ixtisas barədə sənədlər və proqramlar hazırlanıb:

Gəray Gəraybəyli / Foto: Trend İnformasiya Agentliyi

“Həmin sənədlər Təhsil Nazirliyinə və Nazirlər Kabinetinə verilib. Onların baxılması və dövlət proqramına salınması üçün bir müddət lazımdır. Tibbi menecmentin ixtisası magistratura səviyyəsində olacaq. Tibb bacısı və fizoterapist ixtisasları isə bakalavriat səviyyəsindədir. Bunlar dörd illik bakalavr proqramlarıdır. Bu ixtisaslar üzrə ilk dəfə ATU-da tədris ediləcək”.

Gəray Gəraybəyli qeyd edib ki, sənəd bu il təsdiqlənsə, yeni tədris ilindən həmin ixtisasların tədris edilməsi alınmayacaq: “Çünki Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları bu ilin yay ayında baş tutacaq. Sənəd qəbul edilərsə, gələn il bu ixtisas üzrə bizim tələbələrimiz olar”.

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
››› Deputat: "Qiymət artımları əhalidə ciddi təəssüf doğurur"
Son xəbərlər
Bütün xəbərlər »