Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin imzası olan avtomobil hərracda satıldı

Avstriyanın paytaxtı Vyanadakı hərracda bir avtomobilə xüsusi maraq olub. Rusiya prezidenti Vladimir Putinin imzası olan maşını çox adam almaq istəyib.

Bizimyol.info “Kurier” qəzetinə istinadən xəbər verir ki, avtomobil sıradan adamın olmayıb. Putinin imzası olan avtomobili Avstriyanın xarici işlər naziri Karin Knaysl hərraca çıxarıbmış. Onun ağ “Volkswagen Beetle” maşınını 20 min avroya alıblar. Alıcı adının anonim saxlanılmasını istəyib.

Karin Knaysl pulda gözünün olmadığını deyib. Hərracdan əldə olunan məbləğ xeyriyyə işlərinə sərf olunacaq.

Putin Knayslın avtomobilini keçən il avqustun 18-də imzalamışdı. Qadın nazir onda iş adamı Volfqanq Maylingerlə evlənmişdi. Putin toya Knayslın şəxsi dəvəti ilə gəlmişdi.

Xatırlayırsınızsa, o vaxt Qərb mətbuatı Avstriyanın xarici nazirini çox tənqid etmişdi. Hesab edirdilər ki, demokratik ölkənin naziri diktatora belə dəvət göndərməməlidir. Üstəlik, onların birlikdə rəqsi Avstriyada ciddi qınağa səbəb olmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »